DÜNYA

19 Avqust

Çin alimləri enerji resurslarının Aydan Yerə atılmasını təklif ediblər

Alimlər Ayda mövcud olan helium-3 ehtiyatlarını Yerə çatdırmaq üçün yeni bir metod təklif ediblər. Helium-3, minilliklər boyu bütün xalqları elektrik enerjisi ilə təmin edə biləcək potensiala malikdir.

Finss.az xəbəbr verir ki, çinli alimlər, Şanxay Peyk Mühəndisliyi İnstitutundan, Ayda maqnit buraxılış qurğusu yaratmağı planlaşdırırlar. Bu qurğu vasitəsilə, resurslar yerə daha ucuz və effektiv şəkildə çatdırıla biləcək.

Qurğunun işləmə prinsipi çəkic atma prosesinə bənzəyir. Yük artan sürətlə fırlanacaq və müəyyən sürətə çatdıqdan sonra Yerə doğru buraxılacaq. Bunun üçün 50 metrlik fırlanan manipulyator və superkeçirici mühərrik istifadə ediləcək. Ay obyektləri, saniyədə 2,4 km sürətlə hərəkət edərək Yerə düzgün trayektoriya üzrə buraxılacaq.

Bu üsul Ayın aşağı çəkisi və vakuum xüsusiyyətlərinə əsaslanır. Sistem asanlıqla quraşdırıla bilər və işləmək üçün yanacaq tələb olunmur, yalnız elektrik enerjisi lazımdır.

Kaira Agayeva 

Finss.az