DÜNYA

19 Avqust

Bir gündə Britaniyaya 500-ə yaxın qeyri-qanuni miqrant gəlib

"Demək olar ki, 500 qeyri-qanuni mühacir 24 saat ərzində şişmə qayıqlarla La-Manş boğazını keçərək Fransadan Böyük Britaniyaya gəlib."

Finss.az xəbər verir ki, bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, ümumilikdə, son bir həftə ərzində ölkəyə qeyri-qanuni yollarla 1,4 min immiqrant daxil olub. Cari ilin əvvəlindən isə onların sayı 19 mini ötüb.

Böyük Britaniyada qeyri-qanuni immiqrasiya problemi ölkənin Avropa İttifaqından çıxmasından sonra daha da pisləşib. 2018-ci ildən bəri 125 mindən çox qeyri-qanuni mühacir şişmə qayıqlarla La-Manş boğazını keçərək krallığa keçib.

İyulun 4-də keçirilən parlament seçkilərindən sonra yaradılmış Leyboristlər Partiyası hökuməti Böyük Britaniyaya qanunsuz miqrant axınının qarşısını almaq üçün Aİ dövlətləri ilə əməkdaşlığı gücləndirəcəyini vəd edib.

Kaira Agayeva 

Finss.az