DÜNYA

19 Avqust

Azərbaycan Türkmənistan, İran və Gürcüstana yük maşınları ixrac etməyi planlaşdırır

Sumqayıt Sənaye Parkının rezidenti olan "Az-Tex-İmport" MMC, Rusiya, Türkmənistan, İran və Gürcüstana yük avtomobilləri ixrac etməyi planlaşdırır.

Finss.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, bu il parkda yüngül, orta və ağır dərəcəli “IVECO” markalı avtomobillərin istehsalı ilə məşğul olacaq yeni bir zavod fəaliyyətə başlayacaq.

Layihənin dəyəri 19,2 milyon manatdır və zavod 90 nəfərə iş imkanı yaradacaq. İldə 100 avtomobilin istehsalı planlaşdırılır və bu avtomobillər həm daxili bazara, həm də xarici ölkələrə ixrac ediləcək.

Zavodun tikintisi tamamlanmaq üzrədir və avadanlıqların quraşdırılmasına yaxın aylarda başlanılacaq.

Kaira Agayeva

Finss.az