DÜNYA

19 Avqust

Crocus City Hallda terror aktını törədən dörd nəfərin həbs müddəti uzadılıb

Moskvanın Basmannı məhkəməsi Moskva yaxınlığındakı Krasnoqorskda Crocus City Hall konsert zalına hücumun dörd iştirakçısının həbs müddətini uzadıb.

Finss.az xəbər verir ki, məhkəmə istintaqın vəsatətini təmin edib və Dalerjon Mirzoev, Saidakram Rachabalizode, Shamsidin Fariduni və Muhammadsobir Fayzovun həbs müddətini noyabrın 22-dək uzadıb.

Məlumata görə, məhkəmə iclası qapalı keçirilib.

Hər dördü terror aktının birbaşa icraçılarıdır. Onların həbs müddəti avqustun 22-də başa çatıb.

Kaira Agayeva

Finss.az