DÜNYA

16 Avqust

İqlim fəalları Almaniya aeroportlarında aksiyalar keçirib

"Last Generation" (Son Nəsil) iqlim hərəkatının üzvləri Almaniyanın Berlin, Köln, Bonn və Ştutqart şəhərlərinin hava limanlarında aksiyalar keçiriblər.

Finss.az xarici mediaya istinadən xəbər verir ki, iqlim fəalları Almaniyanın əsas hava limanlarının asfalt örtüyünə çıxaraq təyyarələrin hərəkətini dayandırıblar. Hərəkat üzvləri Berlin, Köln, Bonn, Nürnberq və Ştutqart hava limanlarının uçuş zolaqlarına çıxaraq, təhlükəsizlik səbəbi ilə uçuş əməliyyatlarının müvəqqəti dayandırılmasına səbəb olublar.

Qrup aksiyanın foto və videolarını “X” sosial şəbəkəsində paylaşıb. Narıncı qoruyucu jiletlərdə olan fəallar asfalt üzərində "Neft öldürür" və "Müqaviləni imzala" yazılmış plakatlarla oturublar.

Etirazlar qlobal “Neft öldürür” kampaniyasının bir hissəsidir. Qrupun bəyanatında deyilir: "ABŞ və Kanada da daxil olmaqla, 'Last Generation' müttəfiq etiraz hərəkatları ilə birlikdə mədən yanacaqlarının mərhələli şəkildə ləğv edilməsini tələb edən müqavilənin imzalanmasını istəyir."

İqlim fəalları Almaniya hökumətindən 2030-cu ilə qədər qazıntı yanacaqlarından imtina etmək üçün beynəlxalq danışıqlara başlamaq öhdəliyini götürməsini tələb edirlər.

Kaira Agayeva 

Finss.az