DÜNYA

16 Avqust

Kim Çen In Putinə deyib ki, Rusiya sülh uğrunda “müqəddəs müharibədə” qalib gələcək

Şimali Koreya lideri Kim Çen In prezident Vladimir Putinin Qurtuluş Günü münasibətilə təbrikinə cavab olaraq Rusiyanın “sülh və beynəlxalq ədalət uğrunda müqəddəs müharibədə” qalib gələcəyinə əmin olduğunu bildirib.

Finss.az xəbər verir ki, "Fürsətdən istifadə edərək, qəti əminliyimi bildirirəm ki, Sizin enerjili rəhbərliyiniz altında qüdrətli rus xalqı ölkənin suveren hüquqlarını və təhlükəsizlik maraqlarını mətanətlə müdafiə edəcək, regional sülh və beynəlxalq ədalətin bərqərar olması üçün müqəddəs müharibədə mütləq qələbəyə nail olacaqdır."

O qeyd edib ki, ölkələr arasında dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq “yeni çoxqütblü dünyanın yaradılması üçün güclü hərəkətverici qüvvəyə” çevrilib.

Kaira Agayeva 

Finss.az