DÜNYA

16 Avqust

Braziliyada təyyarə qəzası nəticəsində 5 nəfər həlak olub

Braziliyanın Mato Qrosso ştatında kiçik bir ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iş adamı Arni Spirinq də daxil olmaqla 5 nəfər həlak olub.

Finss.az-ın xəbərinə görə, yerli G1 portalı bu barədə ştatın hərbi polisinə istinadən məlumat yayıb.

Məlumata əsasən, King Air tipli iki mühərrikli təyyarə Apiakas bələdiyyəsinin kənd ərazisinə düşüb. Qəza nəticəsində 70 yaşlı Spirinq, onun iki nəvəsi, iş adamı həmkarı və pilot həyatını itirib.

Mato Qrosso Mülki Polisinin məlumatına görə, təyyarə havada partlayıb və daha sonra fermanın yaxınlığında yerə çırpılıb. Hadisənin səbəbləri araşdırılır.

G1 portalı bildirir ki, təyyarə əvvəllər Braziliyanın Rondonopolis bələdiyyəsinin futbol komandasına rəhbərlik etmiş Spirinqə məxsus olub.

Kaira Agayeva 

Finss.az