DÜNYA

16 Avqust

Polşada ağır yol qəzasında 20-dən çox insan xəsarət alıb

Polşanın cənub-qərbindəki Karpaç şəhərində avtobusla avtomobilin toqquşması nəticəsində 20-dən çox insan xəsarət alıb.

Finss.az xəbər verir ki, bu barədə “TVP İnfo” kanalı məlumat verib.

Qeyd olunub ki, Polşa-Çexiya sərhədi yaxınlığındakı Karpaç şəhərində qarşıdan gələn zolaqla hərəkət edən “Skoda” markalı avtomobil avtobusa çırpılıb.

Qəza nəticəsində xəsarət alan 23 nəfər tibb müəssisələrinə aparılıb, onlardan 19-u avtobusda, 4-ü isə minik avtomobilində olub.

Ağır xəsarət alan 10 və 13 yaşlı uşaq “Şkoda” markalı avtomobilin sərnişinləri olub. Qəzanın dəqiq səbəbləri hələlik məlum deyil.

Kaira Agayeva 

Finss.az