DÜNYA

16 Avqust

Böyük Britaniya və ABŞ Yəməndəki husi hədəflərinə yenidən zərbələr endirib

Britaniya və ABŞ silahlı qüvvələri Yəmənin Husi üsyançı hərəkatı Ənsar Allahın nəzarəti altında olan Hudeyda əyalətindəki hədəflərə hava zərbələri endirib.

Finss.az xəbər verir ki, bu hava zərbələri husilərin hərbi obyektlərini, silah anbarlarını və maşınlarını hədəf alıb.

Hərəkatın lideri Əbdül Malik əl-Husi bildirib ki, ABŞ təkcə bu həftə Yəmənə ən azı 10 hava hücumu həyata keçirib. Onun sözlərinə görə, bu ilin yanvarından Britaniya və Amerika qüvvələrinin nəqliyyat obyektlərini bombalaması nəticəsində həlak olanların sayı 73 nəfərə çatıb.

Qeyd edək ki, Yəməndə münaqişə bir neçə ildir davam edir və humanitar vəziyyət çox ağırdır. Britaniya və ABŞ-ın son hücumları Husilərin hücumunu dayandırmaq və sülh prosesini sürətləndirmək üçün atılan addımlar kimi qiymətləndirilir.

Kaira Agayeva 

Finss.az