DÜNYA

16 Avqust

ABŞ Ukraynaya 125 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib

ABŞ Ukraynaya 125 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib.

Finss.az xəbər verir ki, bu paketə "Stinger" raketləri, HIMARS üçün döyüş sursatı, 155 və 105 mm-lik artilleriya mərmiləri, tank əleyhinə raket sistemləri Javelin və AT-4 və digər sursatlar daxildir. Bu, 2021-ci ilin avqustundan etibarən Kiyevə veriləcək 63-cü yardım paketi olacaq.

ABŞ prezidenti Co Bayden iyul ayında NATO sammitində yaxın aylarda Ukraynaya əlavə taktiki hava hücumundan müdafiə sistemlərinin təhvil veriləcəyini açıqlayıb.

ABŞ, Almaniya, Rumıniya, İtaliya və Hollandiya yaxın vaxtlarda Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi planlaşdırır.

Kaira Agayeva 

Finss.az