DÜNYA

16 Avqust

ABŞ Konqresi Ukraynaya 174 milyard dollar ayırıb

ABŞ Konqresi 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan bəri müxtəlif ehtiyaclar üçün 174,19 milyard dollar ayırıb.

Finss.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, Dövlət Departamentinin və Pentaqonun baş müfəttişlərinin ofislərinin birgə hesabatında deyilir.

“2022-ci ilin fevralından bu rübün sonuna olan məlumata görə, ABŞ Konqresi Ukraynada müharibənin başlaması ilə əlaqədar əlavə büdcə vəsaiti üçün 174,19 milyard dollardan çox vəsait ayırıb”, - hesabatda deyilir.

Konkret olaraq, bu vəsaitlər Ukraynaya hərbi, büdcə, humanitar, inkişaf yardımı, o cümlədən NATO müttəfiqləri və digər tərəfdaş ölkələrə təhlükəsizlik yardımı, ABŞ-ın Avropada gücləndirilmiş hərbi mövcudluğu və fəaliyyətinin maliyyələşdirilməsi, habelə Ukraynanın hərbi ehtiyatlarının artırılması üçün istifadə edilib. Kiyevə silah göndərən ABŞ və digər ölkələr, hesabatda qeyd olunur.

Kaira Agayeva 

Finss.az