DÜNYA

16 Avqust

Almaniya Ukraynaya İris-T hava hücumundan müdafiə və Leopard tanklarını təhvil verəcək

Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərdiyini açıqlayıb.

Finss.az xəbər verir ki, bu barədə alman general-mayor Kristian Freydinq Almaniya Silahlı Qüvvələrinin YouTube kanalında bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin dekabr ayına qədər Ukrayna iki yaxın və orta mənzilli hava hücumundan müdafiə sistemi “İris-T”, 30-a yaxın “Leopard 1A5” tankı, həmçinin iki tipli 16 özüyeriyən artilleriya qurğusu, İHA və pilotsuz uçuş aparatları alacaq. 

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Almaniyanın “Patriot” ehtiyatlarının dörddə birini alacağını bildirsə də, Berlin Ukraynanı uzaq mənzilli “Taurus” raketləri ilə təmin etməkdən imtina edib.

Kaira Agayeva 

Finss.az