DÜNYA

15 Avqust

Gürcüstan erkən fövqəladə xəbərdarlıq sisteminin tətbiqi üzərində işləyir

Gürcüstan Milli Təhlükəsizlik Şurasının əməkdaşları ölkə əhalisi üçün fövqəladə hallar barədə erkən xəbərdarlıq sisteminin tətbiqi üzərində işləyir.

Finss.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Gürcüstan Təhlükəsizlik Şurasının rəhbəri Levana Girsiaşvili bildirib ki, "Bu məsələni nəzərdən keçirərkən BMT-nin İnkişaf Proqramının prosesdəki iştirakına görə təşəkkür etmək istəyirəm."

O, əlavə edib ki, lazım gəldikdə tərəfdaş ölkələrdən də mütəxəssislər cəlb olunacaq.

Mətbuat xidmətinin məlumatına görə, Təhlükəsizlik Şurası artıq müxtəlif nazirlik və idarələrin nümayəndələrinin iştirakı ilə işçi iclas keçirib. Təhlükəsizlik Şurasının aparatına həvalə edilmiş əsas vəzifə, hökumət üçün erkən xəbərdarlıq sisteminin tətbiqi ilə bağlı təkliflər və tövsiyələr hazırlamaqdır. Bu tövsiyələr əsasında sistemin tətbiqi ilə bağlı yekun qərar qəbul ediləcək.

Kaira Agayeva 

Finss.az