DÜNYA

15 Avqust

Banqladeşdə hakimiyyət dəyişikliyinə nail olan tələbələr keçmiş baş nazirin məhkəməsini tələb edirlər

Ayrı-seçkiliyə Qarşı Tələbələr hərəkatı çərşənbə günü Banqladeşin paytaxtı Dəkkədə son iğtişaşlarda həlak olanların xatirəsini yad etmək və ölkənin keçmiş baş naziri Şeyx Hasinanın məhkəmə qarşısına çıxarılmasını tələb etmək üçün nümayiş təşkil edir.

Finss.az xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.

Tədbir yerli vaxtla saat 16:30-a planlaşdırılıb.

Ayrı-seçkiliyə Qarşı Tələbələr hərəkatı Hasinanın hakimiyyətdə olduğu dövrdə “qırğın işi”nə baxacaq məhkəmənin yaradılması da daxil olmaqla dörd əsas tələb irəli sürüb.

Etirazçılar həmçinin Hasinanın bu yayın əvvəlində hökumət əleyhinə nümayişçilərin ölümünə səbəb olan polis hərəkətlərinə görə məsuliyyət daşıdığını düşünürlər.

Çərşənbə axşamı Dəkkə məhkəmə müstəntiqləri polisə ölkədən qaçan Hasinaya və onun altı tərəfdaşına qarşı cinayət araşdırmalarına başlamağı əmr edib.

Kaira Agayeva 

Finss.az