DÜNYA

15 Avqust

Reytinqlərin düşməsi Yaponiyanın baş nazirini istefasını elan etməyə necə məcbur edib

Yaponiyanın baş naziri Fumio Kişida bu ilin sentyabrında baş tutmalı olan Liberal Demokrat Partiyasının (LDP) rəhbəri seçkilərində iştirak etməyəcəyini və baş nazir postunu tərk edəcəyini avqustun 14-də fövqəladə mətbuat konfransında açıqlayıb.

Finss.az xəbər verir ki, Kişida, Yaponiya hökumətinin fəlakətlərə hazırlıq tədbirlərini gücləndirdiyi bir dövrdə bu qərarı verib.

Yaponiya Meteorologiya Agentliyi keçən həftə Nankai xəndəyi boyunca (böyük zəlzələ) riskinin artması ilə bağlı ilk dəfə xəbərdarlıq edib. Buna görə, Kişida Orta Asiya və Monqolustana planlaşdırılan turunu ləğv edib.

Eyni zamanda, Kişidanın hökumətinin reytinqləri aşağı düşür. Avqustun 5-də yayımlanan NHK sorğusu baş nazirin bəyənmə reytinqinin 25% səviyyəsində qaldığını, hökumətin təsdiq səviyyəsinin isə iyul ayında 15,5%-lə rekord minimuma düşdüyünü göstərir.

Kaira Agayeva 

Finss.az