DÜNYA

15 Avqust

Fransada siyasi gərginlik davam edir

Fransada siyasi vəziyyət daha da gərginləşib. Prezident Emmanuel Makron, tarixi ənənəyə zidd olaraq, hələ də yeni baş nazir namizədini təqdim etməyib.

Finss.az xəbər verir ki, Parisdəki Olimpiya Oyunlarının sona çatması ilə daxili siyasi barışıq da başa çatıb və ölkə növbədənkənar parlament seçkilərindən sonra yenidən siyasi qeyri-müəyyənliyə sürüklənib.

Baş nazir vəzifəsini icra edən Qabriel Attal müxtəlif siyasi partiyalarla anlaşma əldə etməyə çalışsa da, yeni koalisiya qurmaqda çətinliklərlə üzləşir. Makronun baş nazir namizədini təqdim etməkdəki gecikməsi geniş etiraza səbəb olub və prezidentə olan etimadın azalmasına yol açıb. Prezident Makronun yaxın zamanda baş nazir namizədini açıqlaması gözlənilir.

Zemfira Ms
Finss.az