DÜNYA

15 Avqust

Litvanın Nazirlər Kabineti silah alınması üçün daha 130 milyon avro ayrılmasını təsdiqləyib

Litva hökuməti 2024-cü ilin sonuna qədər silahların alınması üçün əlavə 130 milyon avro ayırmağı təsdiqləyib.

Finss.az xəbər verir ki, bu qərar Litvanın Müdafiə Nazirliyinin Maliyyə Nazirliyinə müraciəti əsasında qəbul edilib.

İclasda maliyyə naziri Gintare Skaiste bildirib: "Əlavə maliyyə vəsaitlərinin nəzərə alınması ilə müdafiə üçün ayrılan illik büdcə ÜDM-in 3,2%-ni təşkil edəcək."

Bu vəsaitin 20 milyon avrosu müxtəlif modifikasiyalı pilotsuz uçuş aparatlarının (PUA) alınmasına və operatorların hazırlanmasına, 30 milyon avrosu PUA əleyhinə sistemlərin və elektromaqnit mühafizə vasitələrinin alınmasına, 25 milyon avrosu atıcı silahların alınmasına, 20 milyon avrosu isə ordu radiostansiyalarının alınmasına yönəldiləcək. Bundan əlavə, 10 milyon avro mobil hava hücumundan müdafiə sistemlərinin yenilənməsi üçün ayrılacaq.

Daha 10 milyon avro isə Ukraynaya beynəlxalq yardım proqramlarının həyata keçirilməsi və Aİ-nin hərbi fəaliyyətlərində iştirak üçün nəzərdə tutulub.

Kaira Agayeva 

Finss.az