DÜNYA

15 Avqust

Aİ: Yunanıstanda meşə yanğını Manhettendən iki dəfə böyük ərazini əhatə edir

Finss.az xəbər verir ki, Avropa İttifaqının peyk xəritələri agentliyinin məlumatına görə, bu həftə Yunanıstanın Afina şəhərinin şimal-şərqində baş verən meşə yanğını 104 kvadratkilometr ərazini əhatə edib. Bu, Manhattan-dan təxminən iki dəfə böyükdür. Alov genişmiqyaslı tədbirlər nəticəsində lokallaşdırılıb.

Afina yaxınlığında yanğının söndürülməsi davam edir və Türkiyə daxil olmaqla 9 ölkə Yunanıstana yardım göndərib.

Son səkkiz ildə Attika bölgəsində 450 kvadratkilometr sahə yanıb.

Avqustun 11-də baş verən yanğın nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb və 100-dən çox ev məhv olub.

Kaira Agayeva 

Finss.az