DÜNYA

13 Avqust

Vladimir Putin Novo-Oqaryovoda Fələstin lideri ilə danışıqlar aparır

Rusiya Prezidenti Vladimir Putin Novo-Oqaryovodakı iqamətgahında Fələstin lideri Mahmud Abbasla danışıqlara başlayıb.

Finss.az xəbər verir ki, tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək, həmçinin Fələstin-İsrail münaqişəsinin və Qəzza zolağında vəziyyətin kəskinləşməsi fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Görüş İsrailin Qəzza zolağında davam edən əməliyyatı ilə yanaşı, həm də Fələstinin HƏMAS hərəkatının Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi fonunda keçirilir.

Kaira Agayeva 

Finss.az