DÜNYA

13 Avqust

Aİ Yunanıstana meşə yanğınları ilə mübarizədə kömək edəcək

Aİ ölkələri Afina yaxınlığındakı meşə yanğını ilə mübarizə üçün Yunanıstana yanğınsöndürənlər və xüsusi texnika göndərəcək.

Finss.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Aİ yardım göstərmək üçün İtaliyadan iki təyyarə və Fransadan bir helikopterdən ibarət xilasetmə kompleksi göndərir. Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib ki, Paris Afinaya 180 yanğınsöndürən, 55 yük maşını və bir helikopter göndərəcək.

Kaira Agayeva 

Finss.az