DÜNYA

13 Avqust

Tramp etiraf edib ki, Çin nüvə arsenalına görə ABŞ-ı keçəcək

ABŞ prezidentliyinə namizəd Donald Tramp, Çin'in nüvə arsenalının sürətlə genişlənməsi nəticəsində ABŞ-ı keçə biləcəyini etiraf edib.

Finss.az xəbər verir ki, Tramp, əvvəllər Çin'in Rusiya və ABŞ-dan çox geridə olduğunu qeyd etsə də, hazırki silahlanma tempi ilə Çin'in tezliklə ABŞ-ı tutmaq və hətta ötmək potensialına malik olduğunu vurğulayıb.

Trampın bu açıqlamaları, amerikalı iş adamı İlon Mask ilə apardığı müsahibədə yer alıb və müsahibə iş adamının X platformasındakı səhifəsində yayımlanıb. “Rusiya və ABŞ birinci idi və biz nisbətən bərabər idik, Çin isə çox geridə idi. Amma onlar o qədər sürətlə inkişaf edir ki, tezliklə bizi tutsalar, hətta ötsələr, təəccüblənmərəm,” - deyə Tramp əlavə edib.

Kaira Agayeva
 Finss.az