DÜNYA

13 Avqust

Niderlandlı təxminən 3,5 min km məsafəni ayaqyalın gəzərək dünya rekordunu qırıb

Niderlandlı müharibə veteranı Anton Notenbom 175 gündə ayaqyalın 3,450 km məsafə qət edərək yeni dünya rekordu müəyyənləşdirib.

Finss.az xəbər verir ki, bu barədə “NL Times” portalı məlumat yayıb.

Rekord Amerikanın Sent-Luis ştatında (Missuri) avqustun 11-də yerli vaxtla saat 15:00-da qeydə alınıb.

37 yaşlı A. Notenbom Nyu-Yorkda daha 1,700 km piyada getməyi planlaşdırır və noyabrın 2-də Tayms Meydanına çatacağını gözləyir.

Nəşr niderlandlının nə vaxt və nə qədər istirahət etməsi barədə məlumat vermir. Onun səyahəti fevralın 17-də Kaliforniyadakı Santa Monika çimərliyində başlayıb.

Kaira Agayeva 

Finss.az