DÜNYA

13 Avqust

Slovakiya “Leopard 2A8” tanklarının alışını nəzərdən keçirir

Slovakiyanın Müdafiə Nazirliyi Almaniya istehsalı olan "Leopard 2A8" tanklarının alınması variantlarını araşdırır.

Finss.az xəbər verir ki, bu barədə TASR informasiya agentliyi ölkənin baş hərbi qurumunun rəhbərliyinə istinadən məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat katibi Tomaş Kostelnik qeyd edib ki, nazirlik iqtisadi cəhətdən ən məqsədəuyğun və qənaətli qərarlar qəbul etməyə çalışır. Yeni tankların mövcud silah sistemləri ilə tam uyğunluğunu təmin edəcək həll yollarını nəzərdən keçirirlər.

Slovakiyanın müdafiə naziri Robert Kalinyak daha əvvəl ölkəsinin müdafiə ehtiyacları üçün "Leopard 2A8" tanklarını alan Almaniya tərəfdaşlarına qoşulmaq imkanını qeyd etmişdi.

Hazırda Slovakiya ordusunun arsenalında 30 ədəd “T-72” və 15 ədəd A4 modifikasiyalı “Leopard 2” tankı mövcuddur.
 

Kaira Agayeva 

Finss.az