DÜNYA

12 Avqust

"Pəncə-Kilid" əməliyyatı bölgəsində 17 terrorçu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyi (TMSB) tərəfindən verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən "Pəncə-Kilid" əməliyyatı bölgəsində həyata keçirilən hava hücumları nəticəsində 17 PKK terrorçusu zərərsizləşdirilib.

Finss.az xarici mətbuata istinadən xəbər verir.

Nazirlik, türk əsgərlərinin sərhəd təhlükəsizliyi və bölgənin sülhü üçün fasiləsiz mübarizə apardığını qeyd edib.

Açıqlamada, PKK-nın bölgədən silinməsi üçün davamlı mübarizə aparılacağı bəyan edilib.

 

Zemfira Ms

Finss.az