DÜNYA

12 Avqust

"Lufthansa" və "Swiss Air" İsrail və Livana uçuşları avqustun 21-dək dayandırır

"Lufthansa" və "Swiss International Air Lines" hava yolları şirkətləri, İsrail və Livana uçuşlarını avqustun 21-dək dayandıracaqlarını açıqlayıb. Bu qərar, təhlükəsizlik və hava məkanının məhdudiyyətləri səbəbindən verilib.

Finss.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın "Lufthansa" şirkəti, daha əvvəl İsrailə uçuşları dayandırmışdı. İndi isə bu uçuşların dayandırılmasını avqustun 21-dək uzatdığını bildirib. Şirkət bu müddət ərzində Təl-Əviv, Tehran, Beyrut, Əmman və Ərbil istiqamətindəki uçuşları həyata keçirməyəcək və İran və İraq hava məkanlarından istifadə etməyəcək.

Eyni zamanda, "Swiss International Air Lines" də avqustun 21-dək İran, İraq və İsrail üzərindəki hava məkanından istifadə etməyəcəyini elan edib. Bu addımlar, müvafiq bölgələrdəki vəziyyətin nəzarət altında saxlanılması və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədini güdür.

 

Zemfira Ms

Finss.az