DÜNYA

12 Avqust

Türkiyədən kritik 'Suriya' mesajı: Geri çəkilmə şərtlərini açıqladı

Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər, Suriya ilə normallaşma prosesinə dair əhəmiyyətli açıqlamalar verib. Gülər, Türkiyə ilə Suriya arasında mümkün görüşlərin “razılaşdırılmış yerlərdə nazirlərin də olduğu nümayəndə heyətləri ilə keçirilə biləcəyini” qeyd edib.

Finss.az xarici mətbuata istinadən xəbər verir ki,  Gülər, “Daha əvvəl Moskvada olduğu kimi, Suriyada da razılaşdırılmış yerlərdə nazirlərin iştirak etdiyi görüşlər mümkündür” deyib.

Türkiyə Silahlı Qüvvələrinin Suriyadan çəkilməsinə dair Dəməşq rəhbərliyinin tələbinə cavab olaraq, nazir Gülər bu məsələnin “suriya konstitusiyası qəbul edildikdən və seçkilər keçirildikdən sonra müzakirə olunacağını” açıqlayıb. Gülər, həmçinin Türkiyənin sərhədlərini qorumağa davam edəcəyini bildirib.

 

Zemfira Ms

Finss.az