DÜNYA

12 Avqust

Mərakeş donanması 68 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb

Mərakeş Kral Donanmasının gəmiləri yardım missiyası zamanı Atlantik okeanında 68 qeyri-qanuni miqrantı daşıyan gəmini saxlayıblar.

Finss.az xəbər verir ki,  "Maqrib Arab Press" agentliyi xəbər yayıb.

Afrika ölkələrindən olan miqrantlar Kanar adalarına (İspaniya) gedirdilər. Gəmi Daxla şəhərindən 16 km cənub-qərbdə (krallığın Atlantik sahili) saxlanılıb. Mərakeş səlahiyyətliləri gəmidə ölmüş iki miqrantın meyitini də aşkarlayıblar.

Xilas edilənlərin hamısına lazımi yardım göstərildikdən sonra onlar Daxla limanında Kral Jandarm qüvvələrinə təhvil verilib.

Kaira Agayeva 

Fins.az