DÜNYA

12 Avqust

Təyyarə bomba xəbərinə görə geri qayıdıb

Varşavadan Nyu-Yorka uçan Polşanın LOT aviaşirkətinə məxsus təyyarə göyərtəsində bomba olması barədə yayılan xəbərə görə geri qayıtmaq məcburiyyətində qalıb.

Bu barədə Finss.az  xarici mətbuata istinadən xəbər verir.

Aviaşirkətin mətbuat xidməti tərəfindən verilən məlumata əsasən, təyyarə göyərtəsində potensial təhlükə siqnalı alındıqdan sonra kapitan təhlükəsizlik prosedurlarına uyğun olaraq, Varşavaya qayıtmaq qərarına gəlib. Təyyarə Varşavaya endikdən sonra bütün sərnişinlər təxliyə olunub və uçuş təxirə salınıb.

Hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində polis 8 nəfəri saxlayıb və onlara "təyyarədə bombanın olması barədə yalan xəbərdarlıq etmək" ittihamı irəli sürülüb.

 

Zemfira Ms

Finss.az