DÜNYA

12 Avqust

Livandan İsrailə 30-a yaxın raket atılıb

İsrailin şimalında Livan ərazisindən azı 30 raket buraxılışı qeydə alınıb.

Finss.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.

“Bir müddət əvvəl İsrailin şimalında sirenlər səsləndikdən sonra Livandan Kabri bölgəsinə doğru uçan 30-a yaxın mərmi aşkar edilib, onların bəziləri açıq ərazilərə düşüb”, - məlumatda deyilir.

İtkilər barədə məlumat yoxdur.

Hələlik digər təfərrüatlar açıqlanmır.

Kaira Agayeva 

Finss.az