DÜNYA

12 Avqust

Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb

Hindistanın Pəncab əyalətinin Hoşiarpur şəhəri yaxınlığında baş verən ağır yol qəzasında 9 nəfər ölüb, daha 2 nəfər itkin düşüb.

Finss.az xəbər verir ki, sürücü və bir ailənin səkkiz üzvünün olduğu avtomobili bazar günü daşmış Cajon Çoy çayına düşüb. Çayın daşmasına səbəb Pəncab ştatında və ölkənin digər bölgələrində yağan güclü yağış olub.

Kaira Ağayeva 

Finss.az