DÜNYA

09 Avqust

Türkiyənin müdafiə sənayesində kvant texnologiyasından istifadə olunacaq

Türkiyənin müdafiə sənayesində kvant texnologiyasından istifadə olunacaq.

Finss.az  “Hüriyyet”ə istinadən xəbər verir ki, bu barədə Özyurt Silah Sənayesi Şirkətinin İdarə Heyətinin sədri Serdar Özyurt deyib.

O bildirib ki, qarşıdakı on il ərzində ölkədə kvant texnologiyaları on milyard dollarlıq bazara çatacaq: “Kvant texnologiyaları ilə müdafiə sənayesində döyüş sursatlarının zərbə həssaslığının artırılması, düşmənin məsafədən aşkar edilərək onun rabitəsinə daxil olması, düşmənin məlumat toplamasının qarşısının alınması, radarların effektivliyinin artırılması, komandanlıq, idarəetmə, rabitə və kəşfiyyat imkanlarının artırılması, situasiya şüurunun artırılması mümkün olacaq. Gələcəyin orduları kvant orduları olacaq. Bu, Türkiyə ordusunu daha da gücləndirəcək”.

Qeyd edək ki, Türkiyənin Müdafiə Sənayesinin İcraiyyə Komitəsinin son iclasında bu məsələ xüsusi müzakirə olunub.

Kaira Ağayeva 

Finss.az