DÜNYA

09 Avqust

İngiltərədə sosial media istifadəçilərinə xəbərdarlıq: "Paylaşdıqlarınızda diqqətli olun!"

İngiltərə Dövlət Prokurorluğunun direktoru Stiven Parkinson sosial mediada nifrət dolu mesajlar və təhdidlər yazanlara xəbərdarlıq edərək, onların məhkəməyə verilə biləcəyini bildirib. Parkinson, nifrət və təhdid yayanların cəmiyyətdə şiddətli qarışıqlığa səbəb ola biləcəyini vurğulayıb.

Prokuror qeyd edib ki, yalan, təhdid və ya nifrət dolu mesajları paylaşmaq cinayət kimi qiymətləndirilə bilər. Parkinson, sosial mediada irqçi çıxışlar edən iki şəxsə qarşı iddia qaldırdıqlarını da açıqlayıb və xüsusi polislərin internet və sosial medianı daim izlədiyini vurğulayıb.

Finss.az xarici mətbuata istinadən xəbər verir ki, bu xəbərdarlıq, İngiltərədə son dövrlərdə baş verən şiddətli hadisələrdən sonra gəlib. Southport şəhərində bir gəncin bıçaqlı hücumu nəticəsində 3 uşaq ölüb, 10 nəfər yaralanıb. Hücumun ardından ifrat sağçı ekstremistlər polislə toqquşub, məscidlərə və dövlət qurumlarına hücum ediblər. Bu zorakılıqlar digər şəhərlərə də yayılaraq genişmiqyaslı iğtişaşlara səbəb olub.

İngiltərədə ifrat sağçı zorakılığın artması və sosial mediada nifrət çıxışlarının yayılması fonunda, Parkinson insanların onlayn davranışlarına diqqət yetirməli olduğunu xatırladıb.