DÜNYA

09 Avqust

Kosmosda planlaşdırılmamış tətil - 8 günlük getdilər, 2 aydır oradadırlar

İyunun 5-də iki amerikalı astronavt, 61 yaşlı Uilmor və 58 yaşlı Uilyams, Boeing Starliner kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) sınaq missiyasına yollanıbar. Onlar bir neçə gün ərzində Yerə dönməyi planlaşdırırdılar, lakin işlər planlaşdırıldığı kimi getməyib.

Finss.az xarici mətbuata istinadən xəbər verir ki, kosmik gəminin təkan sistemində yaranan problemlər səbəbindən, astronavtların qayıdışı təxirə salınıb və onlar iki aya yaxın müddətdir ki, kosmosdadırlar.

NASA rəsmiləri, onların geri dönməsi ilə bağlı hələ yekun qərar verməyiblər. Ola bilsin ki, Uilmor və Uilyams sentyabrda başlayacaq və 2025-ci ilin fevralında Yerə qayıdacaq SpaceX Crew Dragon missiyasına əlavə olunsunlar. Bu isə onların kosmosda səkkiz gün əvəzinə səkkiz aydan çox qalacaqları anlamına gəlir.

Astronavtlar hərçənd bu vəziyyətə görə şikayət etməsələr də, onların kosmosda daha çox vaxt keçirəcəyi ehtimal olunur.