DÜNYA

09 Avqust

Bu ölkə X sosial şəbəkəsini bağlayır

Venesuela Prezidenti Nikolas Maduro,  X sosial media platformasına ölkədə 10 gün müddətinə girişin qadağan edilməsi barədə göstəriş verib. Karakasdakı Miraflores Sarayında tərəfdarlarına müraciət edən Maduro, X platformasının Venesuelada nifrət və zorakılığı yaydığını bildirib.

Finss.az xarici mətbuata istinadən xəbər verir ki, Maduro, Milli Telekommunikasiya Komissiyası (CONATEL) ilə danışdığını və platformanın 10 gün ərzində dövriyyədən çıxarılması üçün lazımi göstərişlər verdiyini açıqlayıb. O, ABŞ-lı milyarder Elon Musk-ı tənqid edərək, X-in Venesuela qanunlarını pozduğunu, faşizmi, vətəndaş müharibəsini, ölüm və nifrət yaydığını vurğulayıb.

Maduro, tərəfdarlarından bu qərara dəstək vermələrini istəyərək, WhatsApp, Instagram və TikTok kimi platformaların yanında, bir gün Venesuelada yeni sosial media platformalarının yaranacağına inandığını qeyd edib.