DÜNYA

08 Avqust

Ukrayna müharibədə ilk dəfə "F-16" qırıcılarından istifadə etməyə başlayıb

Ukrayna ilk dəfə "F-16" qırıcılarından istifadə etməyə başlayıb.

Finss.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ukrayna müharibədə ilk dəfə "F-16" qırıcı təyyarələrini havaya qaldırıb.

Məlumatda qırıcılarla konkret olaraq hansı manevrlərin yerinə yetirildiyi qeyd edilməyib.

Qeyd edək ki, rəsmi Kiyev daha əvvəl "F-16" qırıcıları aldığını təsdiqləmişdi.

Kaira Ağayeva 

Finss.az