DÜNYA

08 Avqust

Bu ölkə mübahisəli sularda əhəmiyyətli təbii qaz yatağı kəşf etdiyini iddia edir

Çin, Cənubi Çin dənizində mübahisəli sularda 100 milyard kubmetr təbii qaz ehtiyatı aşkar etdiyini iddia edib.

Finss.az xarici mətbuata istinadən xəbər verir ki, Çin Milli Dəniz Neft Şirkəti (CNOOC) Hainan adasının sahillərində "Linqşui 36-1" adlanan yeni təbii qaz yatağını kəşf etdiyini açıqlayıb.

Bu ehtiyatın dənizin orta dərinliyi 1500 metr olan bölgədə, dibdən 210 metr aşağıda yerləşdiyi bildirilir. Bu kəşf, Çin üçün strateji əhəmiyyət daşıyır və ölkənin enerji təhlükəsizliyini gücləndirə bilər.

Mart ayında isə Çin, Bohay dənizində 100 milyon ton xam neft ehtiyatı aşkar etmişdi.