DÜNYA

08 Avqust

Yaponiyada 7,1 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edilib

Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib.

Finss.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilərkən, dalğanın böyüklüyünün bir metrə çata biləcəyi açıqlanıb.

Zəlzələdən sonra Kyuşu adasında sürətli qatarların hərəkəti dayandırılıb.

Sunami dalğalarının ilk olaraq Miyazaki əyalətinə çatdığı bildirilib.