DÜNYA

08 Avqust

ABŞ-da "Debbi" qasırğası nəticəsində 6 nəfər ölüb

Finss.az-ın Amerika KİV-nə istinadən verdiyi məlumata görə, ABŞ-ın Florida ştatını vuran "Debbi" qasırğası nəticəsində 6 nəfər ölüb.

Məlumata görə, qasırğa nəticəsində 5 nəfər ölüb, daha bir cəsəd yelkənli qayıqda aşkar edilib.

Bildirilir ki, qasırğanın vurduğu ziyanı tam olaraq yalnız iki həftədən sonra, çaylarda suyun səviyyəsi azaldıqdan sonra qiymətləndirmək mümkün olacaq.

Florida və Corciya ştatlarında 160 mindən çox sakin işıqsız qalıb.

Kaira Ağayeva 

Finss.az