DÜNYA

08 Avqust

Dünya rekordçusu Olimpiya finalında yıxılıb

3000 metr məsafəyə maneəli qaçışda dünya rekordçusu Lameha Girma (Efiopiya) Olimpiya Oyunlarının finalında yıxıldı. Ayağı ilə baryerə dəyib, cığırın üstünə yıxılıb və ayağa qalxa bilməyib.

Finss.az jurnalist Julie Stewart-Binks xəbər verir ki, efiopiyalı sedyedə tribunaların altındakı otağa aparılıb.  Girma Tokio Olimpiadasının 3000 m məsafəyə maneəli qaçışda gümüş mükafatçısıdır. 2023-cü ilin fevralında o, qapalı məkanda 3000 m məsafəyə qaçışda dünya rekordu vurdu.

Final yarışında mərakeşli Soufiane El-Bakkali 8 dəqiqə 6,05 saniyə nəticə ilə qızıl medal qazanıb. Bu, onun karyerasında ikinci olimpiya qızılıdır. Gümüş medalı amerikalı Kennet Ruks (8:06,41), bürünc mükafatı isə keniyalı Abraham Kibivot (8:06,47) qazanıb.

Kaira Ağayeva

Finss.az