DÜNYA

08 Avqust

Qəzzada HƏMAS liderlərindən biri öldürülüb

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın yüksək rütbəli üzvlərindən birini öldürüb.

Finss.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri (IDF) və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) Yəhudeya və Samariyada terror aktları törətmiş HƏMAS üzvünü Qəzza zolağında məhv edib.

İyulun 24-də Qəzza zolağında İDF və Şin Betin birgə əməliyyatı zamanı HƏMAS lideri Nael Səhlin fəaliyyət göstərdiyi əraziyə zərbə endirilib və bir neçə gün sonra onun öldürülməsi ilə bağlı kəşfiyyat məlumatı alınıb”, - açıqlamada bildirlib.

Kaira Ağayeva 

Finss.az