DÜNYA

08 Avqust

Maduro WhatsApp-ı casusluqda ittiham edir

Venesuela prezidenti Nikolas Maduro, "WhatsApp"ın casusluq fəaliyyəti ilə məşğul olduğunu iddia edərək, ictimaiyyəti alternativ proqramlara keçməyə çağırıb.

Paytaxt Karakasdakı Miraflores Prezident sarayında balıqçılıq və kənd təsərrüfatı sektorunun nümayəndələri ilə görüşən Maduro, gündəmi dəyərləndirib.

Finss.az xarici mətbuata istinadən xəbər verir ki, Maduro, "WhatsApp Venesueladakı siyahını casusluq fəaliyyətlərinə görə Kolumbiyalı narkotik tacirlərinə təhvil verdi. Bu sosial proqram psixoloji müharibə aparır və sosial liderləri, əsgərləri, polisləri, sənətçiləri və idmançıları təhdid edir, çevriliş və zorakılıq təşviq edir." deyə bildirib.

Venesuelalılara WeChat və Telegram tətbiqlərini tövsiyə edən Maduro, "İnsanları könüllü olaraq WhatsApp-dan çıxmağa və başqa şəbəkələrə keçməyə çağırıram." deyib. O, Venesuelaya qarşı ədalətsiz iqtisadi embarqolara və çətinliklərə baxmayaraq, kənd təsərrüfatı istehsalında möcüzəvi uğurlar əldə etdiklərini qeyd edib.

Müxalifət koalisiyasının namizədi Edmundo Qonzalesi tənqid edən Maduro, "O, cinayətkar və faşistdir. Seçkilərin keçirildiyi gündən bir qrup gənci hər şeyi yandırmağa göndərdi, amma gizləndi. Ali Məhkəmə onu qanuni olaraq çağırdı və o, getməyə məcbur oldu. Ancaq indi Guaidodan (keçmiş müxalifət lideri Juan Guaido) daha pisdir." deyə əlavə edib.

Prezident Maduro ölkədəki sağçıları Venesuelanın konstitusiya təsisatlarına qarşı "faşist çevrilişi" etməkdə ittiham edib. O, canlı yayım zamanı WhatsApp-ı telefonunun ekranından silərək, bu proqramın zorakılıq və nifrət yaydığını əsas gətirib.