DÜNYA

07 Avqust

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik haqqında qanunları imzalayıb.

Finss.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Ali Radasının saytına istinadən məlumat yayıb.

Bildirilib ki, sözügedən qanunlar avqustun 12-dən etibarən, azı daha 90 gün, başqa sözlə, noyabrın 9-dək qüvvədə olacaq.

Qeyd edək ki, Ukraynada bu hüquqi rejim Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri artıq 12 dəfə uzadılıb.

Kaira Ağayeva

Finss.az