DÜNYA

07 Avqust

ABŞ-da seçki yarışı: Harris rəqibi Trampı 3 xal qabaqlayır

ABŞ-da noyabrın 5-də keçiriləcək seçkilərlə bağlı sorğuda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisdən 3 xal geri qalıb.

Finss.az xəbər verir ki, Amerikanın NPR radiosu, PBS televiziyası və Marist Kollecinin birgə keçirdiyi sorğuya əsasən, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin performansı əvvəlki sorğularla müqayisədə yaxşılaşıb.

Harris 51-48 faizlə rəqibi Donald Trampı 3 xal qabaqlayaraq seçki yarışını davam etdirir.

Respondentlərin 53 faizi Harrisin demokratiyanı Trampdan daha yaxşı qoruyacağını düşünür.

İmmiqrantlar məsələsində seçicilərin 52 faizi Trampın Harrisə qarşı mövqeyinin daha güclü olduğunu düşünür.

Bundan əlavə, ABŞ seçicilərinin 51 faizi Harrisdən çox Trampın Yaxın Şərqdəki gərginliyi daha yaxşı idarə edəcəyinə inanır.

“The Cook Political Report” adlı sorğu şirkəti Harrislə Tramp arasındakı xal fərqinin 1,3-ə qədər azaldığını bildirib.

Wall Street Journal (WSJ) qəzetinin keçirdiyi sorğu da qeydə alınmış seçicilər arasında Harrisin rəğbətində kəskin artım olduğunu üzə çıxarıb.