DÜNYA

07 Avqust

Zelenski səfərbərlik və hərbi vəziyyətin 90 gün uzadılmasını təsdiqləyib

Ukrayna Prezidenti Vladimir Zelenski, ölkədə səfərbərlik və hərbi vəziyyətin növbəti 90 gün müddətinə uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

Finss.az Ali Radanın rəsmi saytında yer alan məlumata əsasən xəbər verir ki, Ukraynada səfərbərlik və hərbi vəziyyət noyabrın 9-dək qüvvədə qalacaq.

Prezident, qanun layihələrini iyulun 23-də Radaya təqdim edib. Əvvəllər, bu qanunların qüvvədə olma müddəti mayın 9-dan avqustun 11-dək uzadılmışdı. Aprelin 16-da Zelenski, Ukraynada səfərbərliyin gücləndirilməsi haqqında qanun imzalayıb. Ölkədə 2022-ci ilin fevralında hərbi əməliyyatlar başlanandan bəri bu tədbirlər həyata keçirilir.

Yeni qanunlar çərçivəsində, hərbi xidmətə çağrılanlar 60 gün ərzində ərazi çağırış məntəqələrində məlumatlarını yeniləməlidirlər. Qanunu pozanlar məhkəmə yolu ilə cərimələrdən tutmuş avtomobil idarə etmək hüququndan məhrum edilməyə qədər müxtəlif inzibati məsuliyyətlərlə üzləşirlər.

Hazırkı qanunvericilik, 18-60 yaşlı bütün ukraynalı kişilərin xidmətə yararlılığından və möhlət hüququndan asılı olmayaraq, hərbi bilet daşımasını tələb edir. Hərbi bileti olmayan şəxslər xaricdə pasport ala bilməyəcəklər.