DÜNYA

07 Avqust

Deyr əz-Zorda Şiddətli Qarşıdurmalar: PKK/YPG və Ərəb Qəbilələri Arasında Gərginlik Artır

Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətində PKK/YPG-nin təzyiqi ilə ABŞ-ın dəstəklədiyi terror təşkilatı ilə yerli ərəb qəbilələri arasında bir çox nöqtədə qarşıdurmalar baş verir.

Finss.az xarici mətbuata istinadən xəbər verir ki, bu qarşıdurmalar səhər saatlarından etibarən şiddətlənərək bir çox kəndə yayılıb.

Yerli mənbələrdən alınan məlumatlara görə, Deyr əz-Zorun şərq və cənub-şərqində yerləşən kəndlərdə, konkret olaraq Busayra, İbrehiyye, Elharice, Tayyane, Ebu Hammam, Gazanic, Keşkiyye, Ziban və Ellatva kəndlərində ərəb qəbilələri PKK/YPG-nin sözdə yol keçid məntəqələrinə və qərargahlarına hücum ediblər. Bu kəndlərdə 9 fərqli nöqtədə şiddətli toqquşmalar qeydə alınıb.

PKK/YPG terror təşkilatı işğal etdiyi ərazilərdə ərəb uşaqlarını zorla öz sıralarına cəlb edir. Eyni zamanda, bu təşkilat bölgədəki neft quyularını ələ keçirərək, ABŞ-ın sanksiyalarına baxmayaraq, qaçaqmalçılar vasitəsilə Dəməşq rəhbərliyinə satmaqla gəlir əldə edir. Bu gəlirlər isə təşkilatın öz fəaliyyətləri üçün istifadə edilirş Bölgə əhalisi isə yerli xidmətlərdən və yardımlardan məhrum qalır.