DÜNYA

07 Avqust

Türkiyədə yaxta zavodu yanır

Türkiyənin Bursa şəhərində yaxta zavodunda yanğın başlayıb.

Finss.az xəbər verir ki, bu barədə “Akşam” məlumat yayıb.

Bildirilib ki, hadisə şəhərin Orhangazi rayonundakı müəssisədə baş verib. Kimyəvi maddələrin olduğu depoda başlayan yanğın qısa zamanda ətrafa yayılıb. Fabrikdən çıxan dumanlar rayonun bir çox yerindən görünür.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Kaira Ağayeva 

Finss.az