DÜNYA

06 Avqust

Türkiyədə Instagram qadağası qüvvədə qalır

Türkiyə hakimiyyəti öz ərazilərində Instagram-ı bloklamaqda davam etmək qərarına gəlib.

Fins.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Bildirilir ki, buna səbəb bu sosial şəbəkənin nümayəndələri ilə aparılan danışıqlarda mübahisəli məsələlərin hələ də həll olunmamasıdır. Nazirin sözlərinə görə, sosial şəbəkələrin sahibləri “Türkiyə vətəndaşlarının hisslərinə hörmət etmirlər”.

Nazir qeyd edib ki, Türkiyənin tələbləri yerinə yetirildikdən sonra qadağa aradan qaldırılacaq.

Kaira Ağayeva 

Fins.az