Ukrayna prezidenti Volodimir Zelenski ''F-16'' döyüş təyyarələrini təhvil aldıqlarını açıqlayıb.
Fins.az xəbər verir ki, rəsmi internet səhifəsində paylaşım edən Volodimir Zelenski deyib: "F-16-lar Ukraynadadır! Biz buna nail olduq. Bu təyyarələri ölkəmiz üçün istifadə etməyə başlayan dostlarımızla fəxr edirəm. Bu nəticəyə görə komandamıza təşəkkür edirəm. ''F-16''lar mövzusunda yardım edən bütün tərəfdaşlarıma, təyyarə ilə bağlı tələbimizi ilk gündən etibarən qəbul edən Danimarka, Hollandiya və ABŞ-a minnətdaram''.
Qeyd edək ki, ''F-16'' qırıcılarının Ukraynaya hansı ölkə tərəfindən göndərildiyi açıqlanmayıb.