Türkiyə silahlı qüvvələri Şimali İraq və Suriyada 8 terrorçunu zərərsizləşdirib.
Fins.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Türkiyə ordusunun İraqın şimalındakı Hakurk bölgəsində 4, Suriyanın şimalında isə Fərat Qalxanı əməliyyatı bölgəsində 4 PKK/YPG terrorçusunu zərərsizləşdirdiyini bildirib.
Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatların davam edəcəyi qeyd edilib.
Kaira Ağayeva
Fins.az