DÜNYA

05 Avqust

Çində sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, onlarla insan itkin düşüb

Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş verən sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər həyatını itirib, 23 nəfər isə itkin düşüb.

Fins.az-ın məlumatına görə, bu barədə “Xinxua” agentliyi xəbər verib.

Qeyd edilir ki, Sıçuan əyalətində tüğyan edən sel nəticəsində bölgədə bir körpü uçub, bəzi binalara ziyan dəyib.

Yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində baş verən insan itkisini təsdiqləyib.

Genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bölgədən 939 nəfər təxliyə olunub.

Kaira Ağayeva

Fins.az